“Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir” - LAVROV

“Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir” - LAVROV

Hazırda oxunan: “Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir” - LAVROV

3203

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabrda Dağlıq Qarabağla bağlı bəyanatını şübhə altına almaq cəhdləri qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfərinin yekunlarına dair açıqlamasında bildirib.

XİN rəhbəri deyib ki, əsas diqqət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması, sülhməramlı missiya və digər məsələləri əhatə edən üçtərəfli bəyanatın tam şəkildə və dəqiq yerinə yetirlməsinə yönəlib.

“Bu bəyanatın yalnız ölkə daxilində deyil, xaricdə də şübhə altına alınması cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə qeyd olundu”.

Lavrov onu da deyib ki, İrəvanda hərtərəfli danışıqlar aparılıb:

“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatının dəqiq və tam hüquqlu bir şəkildə həyata keçirilməsini təmin etməklə bağlı tapşırıqlara yönəldilib".

Hər kəs bu bəyanatın bir neçə həftə əvvəl çox kəskin xarakter alan vəziyyətin həllinin alternativsiz bir yolu olduğunu qəbul etdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO