"Əziz Leo, əlaqə saxla": Ermənistanın futbol klubundan Messiyə GÜLÜNC TƏKLİF

Hazırda oxunan: "Əziz Leo, əlaqə saxla": Ermənistanın futbol klubundan Messiyə GÜLÜNC TƏKLİF

31583

Xəbər verdiyimiz kimi, Argentina millisinin lideri Lionel Messi Kataloniya "Barselona"sını rəsmən tərk edib. Mövzu ilə bağlı İrəvanın "Noa" futbol klubu Lionel Messiyə gülünc təklif irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” nəşrində yer alıb.

Mənbə yazır ki, İrəvan klubunun mətbuat xidməti əfsanəvi argentinalıya belə gülünc mesaj ünvanlayıb:

"Əziz Leo, vektoru dəyişdirmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın".

Qeyd edək ki, daha əvvəl Lionel Messinin İspaniya çempionatı ilə əlaqədar maliyyə səbəblərindən "Barselona"dan ayrıldığı məlum olub.

Messinin hazırda 34 yaşı var və 6 dəfə “Qızıl top”u əldə edib. 2004 -cü ildə "Barselona"da debüt edən Leo klubu ilə 4 dəfə Çempionlar Liqasını, 10 dəfə İspaniya çempionluğunu, 7 dəfə İspaniya Kubokunu qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO