“Türkiyə gözləmə odası olmayacaq” – Fəxrəddin Altundan sərt REAKSİYA

“Türkiyə gözləmə odası olmayacaq” – Fəxrəddin Altundan sərt REAKSİYA

Hazırda oxunan: “Türkiyə gözləmə odası olmayacaq” – Fəxrəddin Altundan sərt REAKSİYA

31158

“Türkiyə heç kimin gözləmə odası deyil və olmayacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına münasibət bildirərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyəni aciz göstərmək üçün kampaniya başladılıb” – Fəxrəddin Altun


Məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun bildirib ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı onları çox narahat edir:

“Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir. Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”, - deyə Altun əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO