Qafan-Gorus yolu payızda Azərbaycanın nəzarətinə keçəcək – ERMƏNİLƏR GERİ ÇƏKİLDİ

Qafan-Gorus yolu payızda Azərbaycanın nəzarətinə keçəcək – ERMƏNİLƏR GERİ ÇƏKİLDİ

Hazırda oxunan: Qafan-Gorus yolu payızda Azərbaycanın nəzarətinə keçəcək – ERMƏNİLƏR GERİ ÇƏKİLDİ

31127

Ermənistan hökuməti Zəngəzur mahalında (Sünik) Tatevlə Qafan şəhərini birləşdirən yeni magistral yolun tikintisinin 2021-ci ilin payızında başa çatacağını bildirib.

Bizim.Media “armeniasputnik.am”a istinadən xəbər verir ki, bu barədə  Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib. 

Yolun ümumi uzunluğu 68 kilometrdir ki, bunun da 43-ü bərpa olunmalıdır. İlk 12,5 kilometrin təmiri 2020 -ci ildə başlayıb. Təkcə Tatev-Ağvani yolunun 17,5 kilometrlik hissəsinin bərpası üçün təxminən 2 milyard 780 milyon dram (5.7 milyon dollar) ayrılıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Qeyd olunur ki, bu yol Qarabağ müharibəsindən sonra bir hissəsi Azərbaycan ərazisi ilə həmsərhəd olan indiki marşrutun yeganə alternatividir. 2022 -ci ildə Tatev - Ltsen yolunda da nəqliyyat vasitələrinin fasiləsiz işləməsini təmin edəcək təmir işləri aparılacaq.

Ümumilikdə 1 milyard 220 milyon dram (3 milyon dollar) ayrılmaqla asfalt çəkilişi də başlayıb.

Hazırda torpaq işlərinin 70% -i tamamlanıb. Bundan əlavə, səlahiyyətlilər Tatev kompleksinin yaxınlığında daha çox turist cəlb edəcək bir müşahidə meydançası tikməyi də  planlaşdırırlar.

Qeyd edək ki, ermənilər düşünürdülər ki, hansı yollasa bu ərazini öz sərhədləri çərçivəsinə salacaqlar. Amma Azərbaycanın qətiyyəti, bir qarış torpaqdan belə imtina etməyəcəyini gördükdən sonra geri çəkilməyə məcbur oldular.

Ona görə də həmin yola alternativ yol inşa etmək qərarını verdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO