Paşinyan daha bir generalı işdən qovdu - SƏBƏB

Paşinyan daha bir generalı işdən qovdu - SƏBƏB

Hazırda oxunan: Paşinyan daha bir generalı işdən qovdu - SƏBƏB

31125

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın sərsəmlik ritorikası – Nikol yenə sözündən qaçır


Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.

E.Kazaryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.

E.Kazaryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO