Ermənistanın yeni spikeri MƏHKƏMƏYƏ VERİLDİ 

Ermənistanın yeni spikeri MƏHKƏMƏYƏ VERİLDİ 

Hazırda oxunan: Ermənistanın yeni spikeri MƏHKƏMƏYƏ VERİLDİ 

30985

Ermənistan müxalifəti ölkənin konstitusiya məhkəməsində parlament sədrinin seçilməsi prosesinə öz etirazını bildirəcək.

Bizim.Media “ria.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” blokundan olan deputat Hayk Mamidcanyan məlumat verib. 

Müxalif deputat iqtidarda olan “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Alen Simonyanın parlament spikeri kimi seçilməsinin qanunauyğun olmadığını iddia edib.

Qeyd edək ki, avqustun 2-də keçirilən Ermənistanın yeni parlamentinin ilk iclasında müxalifət partiyaları olan “Hayastan” və “Mənim şərəfim var” sözügedən vəzifəyə namizədliyini irəli sürdükləri Mkitar Zakaryan və Artur Sarkisyanın dəstəklənməməsinin ardından qanunverici orqanın yerləşdiyi binanı tərk etmişdilər. 

Bununla da, Ermənistanda yeni parlamentin 2 günlük fəaliyyəti dövründə ikinci böyük problem yaşanıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO