Jurnalist cəbhəsi

Jurnalist cəbhəsi

Hazırda oxunan: Jurnalist cəbhəsi

3073

Namidə Bingöl: “Aqşin “getmə” sözümə, heç vaxt fərari ola bilməyəcəyini söylədi.

Yadımdadır, müharibənin ilk günlərində tanınmış həmkarımız, “Oxu.az”ın müxbiri Aqşin Kərimov öz facebook səhifəsində belə bir paylaşım etmişdi:

“Dostlar, mən də cəbhəyə yollanıram. Bu dəfə jurnalist kimi yox, əsgər kimi. Qalib ordunun əsgəri kimi geri qayıtmaq diləyi ilə. Salamat qalın”.

Elə o gündən bir az şablon da çıxsa, qələmini silahla əvəz etmişdi Aqşin, artıq Vətənin əsgəri Aqşin Kərimov idi. Arabir Namidədən soruşurdum. Onlar gənc jurnalist ailəsidir. 

Bu gün Bizim.Media olaraq “Modern.az”ın tanınmış imzası, Aqşinin həyat yoldaşı Namidə Bingöllə həmsöhbət olduq.  

“Aqşin Vətən müharibəsi başlayandan ilk cəbhəyə gedənlərdəndir. Müharibə başlanan gün dedi ki məni də aparacaqlar. Düzü inanmadım. İlk vaxtlar müharibənin miqyasının genişlənəcəyini və qələbə ilə bitəcəyini düşünmürdüm”- deyir Namidə.  

Fikirləşib ki, 2016-cı ilin aprel döyüşləri 4 günə yekunlaşmışdı, yəqin ki, bu da eyni müddətdə bitəcək. Deyir ki, ancaq çağırış gələndə içimdə uzunmüddətli müharibə qorxusu yarandı. “Bəlkə getməyəsən. Guya nə olacaq ki?! dedim.

Çünki o da jurnalist olduğundan elə cəbhə müxbiri kimi getmək şansının olduğuna əmin idim:

“Aqşin “getmə” sözümə heç vaxt fərari ola bilməyəcəyini söylədi. Sentyabrın 30-da hərbi 2 həftəlik təlimlərə qatıldı, sonra isə cəbhəyə getdi”.

Namidə deyir ki, ilk gündən bizə harda olduğu barədə heç nə demədi. Bir sözü vardı. “Yaxşıyam. Əlavə sual vermə”. Müharibə bitənə qədər bizə heç nə demədi.

5 yaşında dünyalar gözəli qızları var.

“Bu müharibədə ən çox sarsılan həm də uşaqlar oldu” deyir və əlavə edir ki, çünki onları nə iləsə ovundurmaq çətindir:

“Atasından ötrü darıxdığını deyir. Nə vaxt atam gələcək soruşur. Müharibə qələbə ilə sona çatan günün səhəri qızıma dedim ki, “müharibə bitib, qızım. Hamı sevinir. Qalib gəlmişik”. Onun cavabından isə sarsıldım. “Mən sevinmirəm. Atam gələndə sevinəcəm”, dedi”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO