"Oğru dünyası"ndan 2 nəfər tutuldu – Axtarışda olublar - VİDEO 

Hazırda oxunan: "Oğru dünyası"ndan 2 nəfər tutuldu – Axtarışda olublar - VİDEO 

30069

Gürcüstanın Kvemo-Kartli Polis Şöbəsinin əməkdaşları oğru dünyasına üzv olmaq və oğru yığıncağında iştirak etmək ittihamı ilə axtarışda olan 2 nəfəri saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatına əsasən, saxlanılan şəxslər 8 iyuldan etibarən axtarışda olublar. 

Saxlanılan şəxslər barəsində ittiham, Kvemo Kartli Polis Şöbəsinin və Rustavi Rayon Prokurorluğunun birgə həyata keçirdiyi altı aylıq kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində irəli sürülüb. 

Həmin əməliyyat və istintaq tədbirləri nəticəsində ümumilikdə 31 nəfər barəsində ittiham irəli sürülüb, onlardan 25-i 8 iyul tarixində eyni anda saxlanılıb, həmçinin ittiham irəli sürülənlərdən 4-ü məhkum olub və barələrində ittiham həbsxanada irəli sürülüb, 2-si isə 8 iyul tarixindən etibarən axtarışda olub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO