İranın dərdi bitmək bilmir – İndi də internet kəsildi

İranın dərdi bitmək bilmir – İndi də internet kəsildi

Hazırda oxunan: İranın dərdi bitmək bilmir – İndi də internet kəsildi

0:00
0:00
29774

İranın Xuzistan ostanında təşkil olunan aksiyaların ardından ölkənin bir sıra regionlarında internet verilişində kəsintilərin olduğu bildirilib.

Bizim.Media xəbər verir ki, beynəlxalq internet şəbəkəsinə nəzarət edən “Netblocks” şirkəti bu haqda məlumat verib.

Xatırladaq ki, ilk olaraq su çatışmazlığı səbəbindən artan narazılığın ardından İranın əksər bölgələrində elektirik enerjisinin verilişində də problemlər yaşanmışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

İranda su qıtlığı kütləvi etiraza səbəb oldu - Ölən və yaralananlar var


Ölkədə isə vəziyyət gərgin olaraq qalmaqdadır. Ərəblərin kompakt yaşadığı Xuzistan bölgəsində davam edən mitinqlərə polisin sərt müdaxilə etməsi nəticəsində bu günə qədər 9 nəfər həyatını itirib. 

Eyni zamanda gərgin vəziyyətin qarşısını almaq üçün sözügedən regiona səfər edən İran prezidentinin köməkçisi İsak Cahangiri də Ahvaz şəhərində ərəb tayfa liderləri ilə görüşü zamanı sərt narazılıqla qarşılanıb.

Qeyd edək ki, İranda iyulun 15-də başlayan etiraz aksiyaları hələ də aktiv şəkildə davam edir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO