İstanbul Hava Limanı bu kateqoriyada Avropada lider oldu

İstanbul Hava Limanı bu kateqoriyada Avropada lider oldu

Hazırda oxunan: İstanbul Hava Limanı bu kateqoriyada Avropada lider oldu

29322

Türkiyənin İstanbul Hava Limanı gündəlik 979 uçuş həyata keçirməklə Avropada zirvədə qərarlaşıb.

Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı hesabatda qeyd edilib.

Hesabatda bildirilir ki, hava limanından gündəlik olaraq ən çox uçuş həyata keçirən “Türk Hava Yolları” şirkəti olub.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbul Hava Limanı Avropanın ən yaxşısı oldu


“Türk Hava Yolları” hava limanından gündəlik 808 uçuş həyata keçirib. Qeyd edilib ki, sözügedən hava limanında sərnişin axını bu il 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 % artıb, lakin, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 23 % azalıb.

İstanbul Hava Limanınından ən çox uçuş həyata keçirilən yer isə Antalya olub.

Xatırladaq ki, İstanbul Hava Limanı 2018-ci ildən fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO