Ara Abramyan Moskvada tarixi malikanəni belə məhv edir - Cinayət işi açıldı – FOTO/VİDEO

Ara Abramyan Moskvada tarixi malikanəni belə məhv edir - Cinayət işi açıldı – FOTO/VİDEO

Hazırda oxunan: Ara Abramyan Moskvada tarixi malikanəni belə məhv edir - Cinayət işi açıldı – FOTO/VİDEO

272921

Rusiyanın İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi XVIII əsrə aid tarixi abidə — Krasnoqorskda yerləşən “Nikolskoye-Uryupino” malikanəsinin qismən dağıdılması faktı ilə bağlı cinayət işi açıb. 

Bizim.Media xəbər verir ki, iş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243-cü maddəsinin 1-ci hissəsi (“RF xalqlarının mədəni irs obyektlərinin məhv edilməsi və ya zədələnməsi”) üzrə aparılır.

1780-ci ildə inşa edilən bu malikanə bir çox tarixi hadisələrə şahidlik edib, lakin yeni sahibinə — Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın müdaxilələrinə tab gətirə bilməyib.

Odoyevskiy, Dolqorukiy və Qolitsın kimi məşhur nəslin adları ilə bağlı olan tarixi malikanə, Abramyanın ərazidə apardığı tikinti işləri nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
 

Abidə Moskva dairəvi avtomobil yolunun yaxınlığında yerləşir. Yerli sakinlər uzun müddətdir binanın taleyi ilə bağlı həyəcan təbili çalsalar da, hüquq-mühafizə orqanları yalnız onun qismən uçmasından sonra hərəkətə keçiblər.


Ara Abramyan Rusiyada biznesmen və erməni diasporunun rəhbəri kimi tanınsa da, o, dəfələrlə Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə çıxış edib. Onun bəyanatlarında Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan, Qarabağ məsələsində separatçılığı müdafiə edən fikirlər üstünlük təşkil edib.

Abramyan xüsusilə 44 günlük müharibədən sonra dəfələrlə açıq şəkildə bildirib ki, guya “Qarabağ heç vaxt Azərbaycan torpağı ola bilməz” və Moskvanı Ermənistana daha çox dəstək verməyə çağırıb.

Bundan başqa, Abramyan şəxsi münasibətlərdə də Ermənistan rəhbərliyinə, xüsusilə Baş nazir Nikol Paşinyana qarşı kəskin çıxışlar edib.

O, Paşinyanı “erməni xalqını zəiflətdiyi və Qarabağı itirdiyi” üçün açıq şəkildə ittiham edib, dəfələrlə onu istefaya çağırıb. Bu qərəzli mövqeləri Abramyanı həm Azərbaycana qarşı aqressiv ritorikanın, həm də Ermənistan daxilində siyasi qarşıdurmanın simalarından birinə çevirib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO