Sentyabrın 27-də, saat 19:40 radələrində Ermənistanda, Armavir vilayətinin Araks kəndində atışma qeydə alınıb.
Bizim.Media shamshyan.com kriminal xronika saytına istinadən xəbər verir ki, ilkin olaraq yaralı şəxs barədə məlumat daxil olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazidə toplaşan sakinlər güllə atan şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.
Jurnalist Lia Sarkisyan isə sosial şəbəkədə yazıb ki, atışmaya səbəb kənd sakinləri arasında yaranan mübahisə olub. Onlardan biri – Masis Asatryan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ermənistan DİN hadisəni təsdiqləyib.
“Münaqişə məişət zəminində baş verib. Bir nəfər saxlanılıb. Şərait araşdırılır”, – DİN-in mətbuat xidməti Sputnik Ermənistan-a bildirib.
Bizim.Media