Ermənistanın Yekaterinburqdakı konsulluğunun fəaliyyətinə xitam verilib.
Bizim.Media “ura.ru”ya istinadla xəbər verir ki, bu barədə Konsulluğun “WhatsApp” kanalında məlumat dərc olunub.
“Əziz vətəndaşlar, Yekaterinburqda Ermənistan Respublikasının fəxri konsulu Narek Spartakyanın statusunun dayandırılması ilə əlaqədar olaraq, Ermənistan Respublikasının fəxri konsulunun ofisinin fəaliyyətini dayandırdığını bildirməyə məcburuq”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, konsulluğun bağlanmasından əvvəl Yekaterinburqda Ermənistanın fəxri konsulu vəzifəsini icra edən, Ermənistan Apostol Kilsəsini (EAK) dəstəkləyən Narek Spartakyan vəzifəsindən azad edilmişdi.
Bizim.Media