İtkin düşən əsgərlərin valideynləri Paşinyanla görüşmək istəyirlər - DETALLAR 

İtkin düşən əsgərlərin valideynləri Paşinyanla görüşmək istəyirlər - DETALLAR 

Hazırda oxunan: İtkin düşən əsgərlərin valideynləri Paşinyanla görüşmək istəyirlər - DETALLAR 

26554

İtkin düşən hərbçilərin valideynləri və qohumları İrəvandakı hökumət binasının qarşısına toplaşıblar. Onlar Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüş tələb edirlər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb. 

Mənbə yazır ki, onlar hesab edirlər ki, ölkə rəhbərliyi əsirləri geri qaytarmaq, eləcə də döyüş meydanında ölən hərbçilərin qalıqlarını tapmaq üçün kifayət qədər səy göstərmirlər. 

"Uşaqlarımızın cəsədlərinin sadəcə yerə səpələndiyi barədə video görüntülərı baxdıq. Bu cəsədlərin hara getdiyini və neçə oğlumuzun əsirdə olduğunu, səlahiyyətlilərin onları geri qaytarmaq üçün nə etdiyini bilmək istəyirik”. İtkin hərbi qulluqçunun əmisi Yeğişe Zakunts belə deyib. 

Digər hərbçinin qohumu Edik Arevşatyanın sözlərinə görə, itkin düşənlərin valideynləri ilə birgə bütün məsul strukturlara - Müdafiə Nazirliyinə, İstintaq Komitəsinə, Milli Təhlükəsizlik Xidmətinə, Ombudsman Aparatına və BQXK-ya gedib, ancaq suallarına cavab ala bilməyib. 

Arevşatyan əlavə edib ki, valideynlərdə oğullarının əsir düşməsi barədə dəlillər var, lakin məsul şöbələrin çoxu bu məlumatları etibarlı hesab etmir. 

"Bakıdan qardaşım oğlunun tutulduğu və Azərbaycan xəstəxanasında olduğu barədə bir elektron poçt aldım, ancaq bu məktub etibarlı sayılmır”, deyə o, qeyd edib. 

Əsgər anası Norayr Ayrapetyan oğlunun xidmət etdiyi topçu alayının 12 oktyabrda məhv edildiyini söyləyib: 

“14-də əlaqə qurdu və sağ olduğunu bildirdi. Bundan sonra oğlumun əsir düşdüyü haqda video yayımlandı. Ancaq strukturlar videonun səhnələşdirildiyini və görüntülərdə oğlumun olmadığını söyləyirlər. Nəhayət, nələrin baş verdiyini anlamaq istəyirik. Artıq belə davam edə bilməz. Əsirlikdə olmağın hər günü onlar üçün cəhənnəmdir". 

İtkin düşənlərin yaxınları da piketin nə qədər davam edəcəyinə hələ qərar vermədiklərini söyləyiblər. Ancaq baş nazir tərəfindən şəxsən qəbul olunana qədər hökumətin binası qarşısında qalacaqlarını istisna etməyiblər. 

Paşinyanın köməkçilərindən biri itkin düşənlərin yaxınlarının yanına enərək baş nazirin bu gün onlarla görüşə bilməyəcəyini deyib. Ancaq etirazçılar hökumət binası qarşısında qalacaqlarını israrla bildiriblər. 

Bundan əvvəl Şirak bölgəsindən olan bir neçə əsirin qohumları hökumət binası qarşısında gecə-gündüz piket keçirmişdilər. Hökumət nümayəndəsi onlarla görüşərək deyib ki, əsirlərin qohumları ilə daim əlaqə saxlanılacaq və oğullarının geri dönmə prosesi barədə məlumat verən komissiya yaradılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO