MSK Köçəryan və Sarkisyan bloklarının seçki ilə bağlı müraciətlərini rədd etdi

MSK Köçəryan və Sarkisyan bloklarının seçki ilə bağlı müraciətlərini rədd etdi

Hazırda oxunan: MSK Köçəryan və Sarkisyan bloklarının seçki ilə bağlı müraciətlərini rədd etdi

26444

Ermənistan Mərkəzi Seçki Komissiyası üç siyasi qüvvənin 20 iyun parlament seçkilərinin nəticələrini etibarsız hesab etmək üçün müraciətlərini rədd edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

MSK sədri Tiqran Mukuçyan iclasda bildirib ki, səsvermənin nəticələri yalnız seçkilərin həqiqi nəticələrinin müəyyənləşdirilməsinə imkan verməyən irimiqyaslı pozuntular halında ləğv edilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni parlament nə vaxt formalaşacaq? – DETALLAR MƏLUM OLDU


Müraciətlər üç siyasi qüvvə tərəfindən verilib: keçmiş prezident Robert Köçəryanın “Hayastan” bloku, keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası, Artur Vanetsyanın sədri olduğu “Vətən” partiyasının yaratdığı “Şərəfim var” bloku, həmçinin Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyanın rəhbərlik etdiyi "Oyanış" Xristian Partiyası.

"Bəyanatlardakı qanun pozuntularını sadəcə sadalamaq kifayət deyil, bunu sübut etmək lazımdır", - deyə Mukuçyan qeyd edib.

MSK iclasına qatılan “Hayastan” blokunun nümayəndəsi Aram Vardevanyan jurnalistlərə deyib ki, partiya yaxın 5 gündə Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO