Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı erkən parlament seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu haqda o, öz Twitter səhifəsində yazıb.
"Biz bundan sonra da regional sabitləşməni və Qarabağ münaqişəsinin hərtərəfli həllini təşviq etməyə hazırıq", deyə Mişel qeyd edib.
Xatırladaq ki, Ermənistanda iyunun 20-də parlamentə erkən seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib.
“Hayastan” bloku 21.04 faiz səs toplayıb. İlk üçlüyü 5.23% səslə “Şərəfim var” bloku tamamlayıb.
Bu üç qüvvə yeni parlamentə daxil olacaq. Seçkilərdə iştirak nisbəti 49,4 faiz olub.
Bizim.Media
Warm congratulations to @NikolPashinyan on elections victory.
— Charles Michel (@eucopresident) June 21, 2021
The EU stands by Armenia ?? in support of deepening reforms.
We are also ready to further support regional stabilisation and comprehensive conflict settlement.