Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin statistika açıqlanıb.
Bizim.Media xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası saat 17.00-a qədər seçkilərdə iştirakın 38.17% təşkil etdiyini, 989.972 seçicinin səs verdiyini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Köçəryan üçün PİS XƏBƏR: Paşinyanın partiyası qələbə çalır – EXİT POLL
Xatırladaq ki, 2018-ci ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı saat 17: 00-a qədər səsvermə nisbəti 39,54% təşkil edib.
Saat 17.00-dək seçicilərin 40,15% -i İrəvanda, 29,41% -i Ermənistanın ikinci böyük şəhəri Gümrüdə, 37,62% -i isə Vanadzor şəhərində səs verib.
Son anda alınan məlumata görə, Ermənistanda seçkilər sona çatıb. Hazırda səslərin hesablanması prosesi gedir.
Bizim.Media