"Qarabağı müharibədə itirdik, seçkilərdən sonra isə Ermənistanı itirəcəyik"

Hazırda oxunan: "Qarabağı müharibədə itirdik, seçkilərdən sonra isə Ermənistanı itirəcəyik"

25391

"Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna olunmur. Ayılmağın vaxt gəldi, yoxsa  seçkilər nəticəsində Ermənistanı da itirə bilərik”.

Bizim.Media Ermnistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ermənistanın sabiq  prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan seçkilərində kim QALİB gələcək? – Azərbaycanlıların RƏYİ – SİYAHI


Onun sözlərinə görə, seçkilərdə fiziki qarşıdurma da gözləniləndir. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır.

Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını iddia edib:

"Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər. Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO