Kim Çen In Kastroya görə matəm elan etdi

Kim Çen In Kastroya görə matəm elan etdi

Hazırda oxunan: Kim Çen In Kastroya görə matəm elan etdi

24877
 
Şimali Koreya lideri Kim Çen In Kubanın əfsanəvi rəhbəri Fidel Kastronun ölümündən sonra ölkədə 3 günlük matəm elan edib.

Sfera.az-ın məlumatına görə, AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə bütün bayraqlar yarıya qədər endirilib. 

Həmçinin Kubanın Şimali Koreyadakı səfirliyinə gül çələngi göndərilib. Bundan əlavə, Kastronun dəfninə Şimali Koreyadan nümayəndə heyətinin gedəcəyi açıqlanıb.

Qeyd edək ki, Şimali Koreyada Fidel Kastrodan öncə Fələstin lideri Yasir Ərəfatın ölümü ilə əlaqədar matəm elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO