Paşinyan: “İrəvan Bakıya kiçik mina sahəsinin xəritəsini verib”

Paşinyan: “İrəvan Bakıya kiçik mina sahəsinin xəritəsini verib”

Hazırda oxunan: Paşinyan: “İrəvan Bakıya kiçik mina sahəsinin xəritəsini verib”

24620

İrəvan bazar günü Bakıya Qarabağın şərqində müharibələrarası dövrdə yerləşdirilən kiçik mina sahəsinin xəritəsini təhvil verib.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan səsləndirib. 

Bundan əvvəl Azərbaycan mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən, Bakının Ağdam bölgəsinə yerləşdirilən 97 min piyada və tank əleyhinə mina kartları müqabilində 15 erməni əsgərini İrəvana qaytardığını yazmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 15 erməni əsir qarşılığında 97 min tank əleyhinə mina xəritəsini aldı"- Fuad Ələkbərov - FOTO


Bir az sonra Paşinyan iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistanın Geqarkunik rayonunun Karmir Gyux kəndində keçirilən mitinqdə çıxış edərək məlumatı təsdiqləyib.

"Dünən erməni cəmiyyəti 15 qardaşımızın qayıtması ilə bağlı çox sevindi. Lakin müxalifət düşərgəsində onların qayıtmasına yas tutuldu. Təəssürat belə idi ki, müxalifət məhbusların geri dönməyəcəyinə ümid edirdi və indi də elə düşünürlər ki, əsirlərin hamısını geri qaytarmaq mümkün olmayacaq.

Dünən mən minalanmış ərazilərin xəritələrinin Azərbaycana verildiyini bildirdim. Bu, mina tarlalarının xəritələrinin kiçik bir hissəsidir”.  Paşinyan Kotayk bölgəsinin Yeqvard şəhərinin sakinləri ilə görüşündə belə deyib.

Əlavə edib ki, minalanmış ərazilərin xəritələrinin mübadiləsi 2020-ci ilin dekabrından başlayaraq həyata keçirilib:

“Söhbət müharibədən sonra Azərbaycan ərazisinin dərinliklərində qalmış minalanmış sahələrdən gedir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO