Moskvanın Butırski Məhkəməsi Mixail Xaçaturyanı qızlarına qarşı zorakılıqda ölümündən sonra təqsirli bilib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Xaçaturyanın ölümü ilə əlaqədar cinayət işinə xitam verilib. Qərar elan olunarkən Xaçaturyanın iki qızı məhkəmə zalında olub.
Qeyd edək ki, Mixail Xaçaturyan 2018-ci ilin iyulunda qətlə yetirilib. İstintaqın məlumatına görə, o, qızları Mariya, Ancelina və Krestina Xaçaturyan tərəfindən mənzilində bıçaqlanaraq öldürülüb. Məlum olub ki, 2015-ci ildən bəri o dövrdə yetkinlik yaşına çatmayan qızları dəfələrlə ataları M.Xaçaturyan tərəfindən fiziki, psixoloji və cinsi zorakılığa məruz qalıblar.
Qızlar etiraf ediblər ki, ataları illərdir onları təhqir edib, zorlayıb, döyüb, məktəbə getməyi, sosial şəbəkələrdən istifadə etməyi qadağan edib.
Xaçaturyan bacıları qabaqcadan razılaşma əsasında qətl törətməkdə ittiham olunub. Bacıların vəkili onların özlərini qorumaq üçün bu addımı atdıqlarını bildirib. 2018-ci ilin sentyabrında qızlar müəyyən hərəkətlərə qadağa qoyularaq istintaq təcridxanasından azad ediliblər. Bacıların işi məhkəməyə qədər gedib, lakin sonradan prokurorluğa qaytarılıb.
Bundan sonra seksual zorakılığına görə qızları tərəfindən qətlə yetirilən erməni Mixail Xaçaturyana qarşı 2021-ci ildə cinayət işi açılıb.
Qonşular da Xaçaturyanın qızlarına qarşı törətdiyi cinayətləri təsdiq ediblər. Pedofil ata öz doğma qızlarına qarşı ənənəvi və qeyr-ənənəvi seksual zorakılıqlar törətdiyi üzə çıxıb.
2021-ci ilin martında Xaçaturyan bacıları atalarına qarşı açılmış seksual zorakılıq və ittiham işində rəsmən zərərçəkmiş kimi tanınıblar.
Bizim.Media