Ermənistandan Rusiyaya qarşı növbəti HƏMLƏ

Ermənistandan Rusiyaya qarşı növbəti HƏMLƏ

Hazırda oxunan: Ermənistandan Rusiyaya qarşı növbəti HƏMLƏ

244884

Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ölkə ərazisində retranslyasiya Rusiya telekanallarının sayını azaltmağın zəruriliyini bəyan edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, parlamentdə çıxışı zamanı deyib: 

"Əgər biz o vaxt Rusiyanı dövlət multipleksimizdə tezliklərlə təmin etməsəydik, o zaman keçən il əlaqələrimizdə belə gərginlik olmazdı.

İndi Fransa tərəfi tezliklər istəyir. Hesab edirəm ki, bizim ictimai multipleksdə xarici televiziya şirkətlərinin iştirakı xeyli azalmalıdır”. 
 

Eyni zamanda, Akopyan vurğulayıb ki, o, yalnız Ermənistanın ictimai radio-televiziya məkanına daxil olan Rusiya telekanallarının deyil, prinsipcə bu siyahıya daxil olan xarici telekanalların əleyhinədir.


Qeyd edək ki, hazırda Ermənistanda Rusiyanın üç televiziya kanalı retranslyasiya olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO