Allahverdiyandan ETİRAF: İşğal edilmiş ərazilərdə becərilən taxıl Ermənistana göndərilirdi

Allahverdiyandan ETİRAF: İşğal edilmiş ərazilərdə becərilən taxıl Ermənistana göndərilirdi

Hazırda oxunan: Allahverdiyandan ETİRAF: İşğal edilmiş ərazilərdə becərilən taxıl Ermənistana göndərilirdi

243463

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd təsərrüfatı sektorunun müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı nazirinin müşaviri” “vəzifələr”ində çalışdığını deyib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO