"Ruslar getsə, Qarabağda erməni qalmayacaq" - Levon Ter-Petrosyan

Hazırda oxunan: "Ruslar getsə, Qarabağda erməni qalmayacaq" - Levon Ter-Petrosyan

24305

Rus sülhməramlıları Qarabağı tərk etsələr, orada bir nəfər də olsun erməni qalmayacaq. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Erməni Milli Konqresi partiyasının lideri Levon Ter-Petrosyan cümə axşamı keçirdiyi mətbuat konfransında səsləndirib.

Ermənistanın ilk prezidenti qeyd edib ki, nədənsə insanların 95% -i 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindirlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” - Ter-Petrosyanın ETİRAFI


Ter-Petrosyan əlavə olaraq "Ancaq buna bənzər bir şey yoxdur" deyib.

Onun sözlərinə görə, rus hərbçilərinin qalma müddətinin uzatma ehtimalının göstərilməsi boş yerə deyildi. Onlar getməyə hazırlaşmırlar.

"Gəlmədilər ki, sonradan əllərini yuduqdan sonra getsinlər. Razılaşmada hər şey yazılıb", deyə Ter-Petrosyan bildirib.

Ermənistanın keçmiş başçısı Rusiya ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini də vurğulayıb.

Bunu Meğri üzərindən nəqliyyat əlaqələri ilə bağlı suala cavab olaraq söyləyib.

“Hər tərəf "nəqliyyat dəhlizi" sözlərini özünəməxsus şəkildə başa düşür. Azərbaycan Naxçıvana, Ermənistan Rusiyaya dəhliz açmağa çalışır. Burada nəyi izah etmək lazımdır?

Ermənistan üçün Rusiya ilə etibarlı bir yolun olması vacib deyilmi? Gürcüstanla yolların vəziyyətini bilirsiniz, Azərbaycan yolları bizim üçün bağlıdır. Əgər belə bir fürsət açılırsa, Ermənistan üçün əla bir əlaqə olacaq”, deyə Ter- Petrosyan qeyd edib.

Xatırladaq ki, Levon Ter-Petrosyan Erməni Milli Konqresi partiyasının lideri kimi iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO