Paşinyanın vədlərindən və açıqlamalarından qorxun - Söylədiklərinin hamısını məhv edir

Paşinyanın vədlərindən və açıqlamalarından qorxun - Söylədiklərinin hamısını məhv edir

Hazırda oxunan: Paşinyanın vədlərindən və açıqlamalarından qorxun - Söylədiklərinin hamısını məhv edir

23948

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın hər bir sahə ilə bağlı vədləri uzunmüddətli perspektivdə inkişafa yox, tamamilə məhvə gətirib çıxarır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri "Alternativ layihələr" qrupunun üzvü Elinar Vardanyan məqaləsində yazıb.

"Paşinyanın vədlərindən və açıqlamalarından qorxun. Həyat göstərir ki, Paşinyanın istənilən vədləri həmin sahənin çökməsi ilə nəticələnir. Dediklərinin hamısını məhv edir. 2018-ci ilin avqust ayında Paşinyan yüksək səslə Qarabağ (“Artsax”) Ermənistandır və nöqtə” fikirlərini səsləndirdi.  2020-ci ilin noyabr ayında Qarabağın artıq 75 faizini itirdik. 2019-cu ildə Paşinyan dedi ki, bölgədə döyüşə ən hazırlıqlı və ən intellektual orduya sahib olmalıyıq.

2020-ci ilin iyul ayında ordumuzun döyüş qabiliyyətini təsdiqlədi. Bu gün sərhədlərimizin qorunması çobanlara həvalə olunur, azərbaycanlıların irəliləməsini "qarşılayan" onlardır.

3 may 2021-ci ildə cəbhə xəttinin həll edilməsi məsələsinə kəskin reaksiya verərək lazım olan hər şeyin edildiyini, işlərin çoxunun gizliliklə aparıldığını söylədi. Ortada isə heç nə yoxdur. 12 may 2021-ci il tarixində Azərbaycan qoşunları müqavimət görmədən dövlət sərhədimizi keçdilər və hələ də ərazimizdədirlər.

1 iyun 2019-cu ildə Paşinyan: "Yaşasın bizim uşaqlar. Onlar azad və xoşbəxt bir Ermənistanda yaşamış və yaşayacaqlar" dedi və sonra müharibəni vaxtında dayandırmadan onlardan 5 mininin həyatını qurban verdi. Azad və xoşbəxt Ermənistan isə tamamilə fəlakətə uğradı.

Bu gün Paşinyan seçki vədləri çərçivəsində bütün uşaqların körpələr evində təhsil alacaqlarını, 400 uşaq bağçasının inşa ediləcəyini, müəllimlərin sertifikatlaşdırma nəticələrinə əsasən 30-50% yüksək maaş alacaqlarını, 2025-ci ilə qədər elm adamlarının əmək haqqı fondunun 4 qat artırılacağını, akademik şəhər yaradılacağını, peşəkar ordu qurulacağını, daha nələr, nələr vəd etdi.

Bu, Paşinyanın əsla reallığa çevrilməyəcək başqa bir yalanlarıdır. 

Paşinyanın vədlərindən qorxun, hər şeyi məhv etmək və problem yaratmaq qabiliyyətinə sahibdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO