Müstəntiqlər Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən, mayın 28-də azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin başına təsadüfən atəş açan polis məmuru Aleksandr Qusyevi həbsdən azad ediblər.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada güllələnən azərbaycanlı gəncin QANI – Kimin üzərinə düşür? - VİDEO
“Bu gün İstintaq Komitəsinin sədrinin tapşırığına əsasən, müstəntiq polis barəsində həbs qətimkan tədbirini dəyişərək başqa yerə getməmək və lazımi davranış haqqında iltizam seçib"
Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər.
Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media