“Azərbaycan istənilən halda Zəngəzur məsələsini uğurla həll edəcək” – TÜRKİYƏLİ POLİTOLOQ

“Azərbaycan istənilən halda Zəngəzur məsələsini uğurla həll edəcək” – TÜRKİYƏLİ POLİTOLOQ

Hazırda oxunan: “Azərbaycan istənilən halda Zəngəzur məsələsini uğurla həll edəcək” – TÜRKİYƏLİ POLİTOLOQ

23503

İyunun ortalarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri İrəvanı narahat edir. Erməni ekspertlər bu səfəri "Ermənistana təzyiq planının bir hissəsi" kimi qəbul edirlər. İstəyirlər ki,  nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizi ideyası həyata keçməsin.

Bizim.Media xəbər verir ki, bu fikirlər “caliber.az” saytında yer alıb.

Mənbə yazır ki, İrəvan hələ də bu layihəyə qarşıdır, baxmayaraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanata imza atıb. Bu da Ermənistanın müvafiq öhdəliklərini açıq şəkildə göstərir.

İrəvan analitikləri “Qafqaza doğru NATO-nun pəncərəsini deşən” Türkiyə prezidentinin Şuşaya gedə biləcəyi ilə bağlı məlumatlardan da narahatdırlar.

Türkiyəli politoloq Engin Özer açıqlamasında erməni mütəxəssislərə Qarabağdakı Vətən müharibəsində Ermənistanın Türk ordusu tərəfindən deyil, Azərbaycan ordusu tərəfindən məğlub olduğunu xatırladıb: “Öz torpaqlarını NATO və ya türklər deyil, azərbaycanlılar geri qaytarıb. Bəli, türk texnikaları, pilotsuz uçuş aparatları cəlb edilib, lakin onlar Azərbaycan Silahlı Qüvvələrinə məxsus olub. İsrail dronları da var idi. Bu, nəyisə dəyişir?".

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə gəlincə, Engin Özer qeyd edib ki, Türkiyə prezidenti Azərbaycan tərəfinin dəvəti ilə həm Şuşaya, həm də Bakıya gəlir:

“Bu hamısı Azərbaycan ərazisidir. Qəribədir, nəyə görə Türkiyə liderinin Azərbaycana gəlişi Ermənistana təzyiq elementi və ya təhdid olaraq adlandırılır. Azərbaycan lazım gələrsə, müstəqil şəkildə erməni birləşmələrinə qarşı ikinci əməliyyat həyata keçirə bilər”.

“Erməni tərəfi ötən gün kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli komissiyanın işini dayandırdığını elan etdi” fikrini o, belə cavablandırıb:

“Azərbaycan sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin yaradılması məsələlərini zorla həll edə bilər. Ehtimal var ki, Rusiya bu mövzuda İrəvana müvafiq təzyiq göstərəcək, ancaq indi bunu görmürük. Nikol Paşinyan və komandası nəqliyyat dəhlizləri ilə bağlı məsələni seçkidən sonrakı dövrə qədər təxirə salmağa çalışır. Ermənistandakı 20 iyun seçkilərindən sonra sərhəd problemləri ilə məşğul olmaq daha çətin olacaq, yeni Ermənistan hökuməti heç bir razılaşmanı yerinə yetirməyə bilər. Ancaq imzalanmış bir müqavilə var, buna görə İrəvan istəsə də, istəməsə də, Azərbaycan Zəngəzur məsələsini uğurla həll edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO