Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Paşinyan Rusiyaya əvəz axtarır" 

Hazırda oxunan: Elxan Şahinoğlu: "Paşinyan Rusiyaya əvəz axtarır" 

23379

“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıyırdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

Politoloqun fikrincə, Makronla görüşdə Paşinyanın ermənilərin Fransaya rəğbəti ilə bağlı açıqlaması xüsusilə diqqət çəkib: 

“Paşinyan Ermənistanda keçirilən son sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır. Bu baş vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb”.

Siyasi kspertin sözlərinə görə, Nikol Paşinyan Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid edir:

“Paşinyan bir tərəfdən göstərir ki, o ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa prezidenti yenə Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhəddinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur”

E.Şahinoğlu bildirib ki, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur:

“Bu arada, yəni iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu”. 

Politoloq qeyd edib ki, Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir, ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir:

“İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərin yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür. Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə Türkiyə sərhəd məsələsində Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi sürətlənəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO