“1988-ci ildə Qarabağ Azərbaycanın hakimiyyəti altında olanda və ermənilərlə konflikt olmayanda orada 150 min erməni yaşayırdı. 70 min erməni Ermənistanı 10 ilə yaxın idarə edən Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyəti dövründə Qarabağdan qaçdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni jurnalist, bloqer Ermənistanın “ArmInfo” agentliyinin Moskvadakı müxbiri Roman Baqdasaryan öz “Youtube” kanalındakı yayımladığı videoda söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Hadrutda əsgərləri qul kimi işlədirdilər” – Erməni jurnalistdən ŞOK PAYLAŞIM - VİDEO
O, bildirib ki, Qarabağ klanından olan erməni prezidentlərinin hakimiyyəti dövründə xalq çox zülmlərlə, ədalətsizliklə üzləşib.
“Təsəvvür edin, Qarabağ klanından olan prezidentlərin zamanında ermənilər bu ərazilərdə yaşamaq istəmədilər. Ermənilər dəhşət içində yaşadıqları ərazilərdən qaçaraq Rusiyanın ərazisində məskunlaşdılar. Onların demək olar ki, hamısı bu iki prezidentin dövründə ədalətsizliyə dözməyərək Qarabağdan qaçan erməni ailələri idi”.
Bundan başqa Baqdasaryan bildirib ki, həmçinin bu illər ərzində Ermənistanı 1 milyon 100 min erməni tərk edib. O, bu iki prezidentin dövründə Ermənistanda “bəyaz soyqırım”ın yaşandığını da bildirib.
Vüsalə Balayeva, Bizim.Media