Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda gediş haqqının artırılması qərarına etirazlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının üzvü İzabella Abqaryan jurnalistlərə məlumat verib.
Bildirilib ki, etirazlara 76 min nəfər qoşulub:
"76 min imza Ağsaqqallar Şurasına seçkilərdə "Vətəndaş Müqaviləsi" fraksiyasının topladığı səslərdən daha çoxdur. Bir çox insan aksiyada iştirak edə bilmədi və biz bunu bu gün davam etdirməyi qərara aldıq".
Qeyd edək ki, yeni qərarla gələn aydan İrəvanda ictimai nəqliyyatda birdəfəlik gediş 144 dram olacaq.
Ötən il isə bu məbləğ 100 dram olub.
Bizim.Media