Ermənistan Rusiyaya etiraz notası göndərdi

Ermənistan Rusiyaya etiraz notası göndərdi

Hazırda oxunan: Ermənistan Rusiyaya etiraz notası göndərdi

230118

Rusiya səfiri Sergey Kopırkin çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri yazıb.
 

Mənbə qeyd edir ki, bu qərara səbəb Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (Rossiya 1) yayımlanan “Vesti nedeli” proqramı olub.


Ermənistan hakimiyyətinin bildirdiyinə görə, hesabatlardan birində “Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılmış rəvayətlər” səsləndirilib.

Qeyd edək ki, yanvarın 12-də Dmitri Kiselevin yekun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Aİ-yə üzvlük prosesini dəstəkləmək qərarı barədə reportaj yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO