“Belarusda qarşıdan gələn prezident seçkiləri bayram kimi keçirilməlidir, Amerika şousuna ehtiyac yoxdur”.
Bizim.Media “Belta”ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko vilayət icraiyyə komitələrinin və Minsk Şəhər İcraiyyə Komitəsinin sədrləri ilə görüşündə bildirib.
"Seçkilər bayram kimi keçirilməlidir. Bizə insanların qulağına və ya başlarına atəş açan şou lazım deyil. Bu seçkilər bizi bir daha tənqidə məruz qoymamalıdır. Yanvarın 1-dən seçkilərin təşviqatının aktiv fazası başlayıb. Biz seçkiləri qanunu pozmadan, ləyaqətlə keçməliyik”, - deyə Lukaşenko əlavə edib.
Lukaşenko qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının işində rayon rəhbərliyi əsas köməkçilər sırasındadır.
“Onlar məsuliyyət daşıyırlar və hər şeyi qanuna uyğun təşkil etməlidirlər. Namizədlərimiz istədikləri yerdə görüşə bilsinlər, siz də onları dəstəkləyin”, - deyə Prezident bildirib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçiriləcək.
Bizim.Media