Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin eks-prezidentlərini debata çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında yazıb.
“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bu gün mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Keçmiş prezidentlərlə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim nəşrimə etiraz edən prezidentlərin reaksiyasını səbirsizliklə gözləyirəm”, - o bildirib.
Qeyd edək ki, Paşinyanın sosial şəbəkələrdə Qarabağ problemi ilə bağlı etirafi Ermıənistanın sabiq prezidentlərin arasında narazılıq yaradıb. Paşinyan sözügedən paylaşımda yazıb: “1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi davam edir. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün tətbiq edilib”.
Bizim.Media
- A-
- A
- A+
Region
19:27 / 23.12.2024
Paşinyan Ermənistanın eks-prezidentlərini keçmiş Qarabağ məsələsi ilə bağlı debata ÇAĞIRDI
Hazırda oxunan: Paşinyan Ermənistanın eks-prezidentlərini keçmiş Qarabağ məsələsi ilə bağlı debata ÇAĞIRDI
Hazırda oxunan: Paşinyan Ermənistanın eks-prezidentlərini keçmiş Qarabağ məsələsi ilə bağlı debata ÇAĞIRDI
226637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.