Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyasında tək bir fraksiya - “Gürcü Arzusu” yaradılıb.
Bizim.Media xəbər verir ki, fraksiyada 80 deputat yer alacaq.
Fraksiyanın rəhbəri Mamuka Mdinaradze olacaq, onun müavinləri isə Rima Beridze, Irma Zavradaşvili, Greta Tsitsava, David Kodua, Edişer Toloraya və Nodar Turdziladze təyin edilib.
Eyni zamanda, parlamentə "Gürcü Arzusu" fraksiyasının əksəriyyətinin yekun siyahısı təqdim olunub. Yekun siyahı 89 deputatdan ibarətdir və onun rəhbəri Mamuka Mdinaradze olacaq.
Bizim.Media