Gürcüstanda karantin qadağaları sərtləşdirildi

Gürcüstanda karantin qadağaları sərtləşdirildi

Hazırda oxunan: Gürcüstanda karantin qadağaları sərtləşdirildi

2217

Gürcüstanın böyük şəhərlərində koronavirusun qarşısının alınması üçün gecə hərəkətlərinə məhdudiyyətlər tətbiq edilir.

Bizim.Media “Sputnik Gürcüstan”-a istinadən bildirir ki, bazar ertəsindən etibarən Tbilisi, Kutaisi, Zuqdidi, Batumi, Rustavi, Qori və Poti şəhərlərində hərəkət axşam saat 22:00-dan səhər saat 5:00-a qədər məhdudlaşdırılacaq.

Bu qadağa həm piyadalar, həm də şəxsi avtomobillər daxil olmaqla, nəqliyyat vasitələri üçün tətbiq olunacaq.

Məhdudiyyətlər beynəlxalq nəqliyyat, strateji əhəmiyyətli qurumlar, tibb müəssisələri, əczaçılıq müəssisələri və medianın fəaliyyətini təmin edən şəxslər və nəqliyyat vasitələrinə şamil edilməyəcək.

Müəyyən edilmiş qadağalar pozulduqda, iki min lari (min manatdan çox) məbləğində cərimə nəzərdə tutulur.

Əlavə olaraq avtobuslarda və metroda ayaq üstə qalmaq da qadağan ediləcək. Buna sürücülər və polislər nəzarət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO