Rusiyanın Həştərxan şəhərində erməniəsilli cinayətkar Vahan Safaryan saxlanılıb.
Bizim.Media “Shot” teleqram kanalına istinadən xəbər verir ki, 63 yaşlı Safaryan 90-cı illərdə və 2000-ci illərin əvvəllərində cinayətlər törədib. Onun ən azı 3 sübut edilmiş cinayəti var.
Safaryan ilk dəfə 2004-ci ildə tutulub.
O, bir adamı öldürüb və ciddi rejimli koloniyada 19 il həbs cəzasına məhkum edilib. Safaryan həbsdə olarkən uzun müddət cəzasının yüngülləşdirilməsinə çalışıb.
Nəticədə, 2023-cü ildə o, cəza müddətinin bitməsinə bir az qalmış azadlığa buraxılıb və icbari işlərə göndərilib.
Azadlığa çıxdıqdan qatil sosial şəbəkələrdə fəal şəkildə özünə qadın axtarmağa başlayıb. Daha sonra məlum olub ki, o, daha əvvəllər bir çox cinayətlər törədib. Müstəntiqlər onun 26 il əvvəl ikiqat qətldə əli olduğunu sübut ediblər. 1998-ci ildə Həştərxanda, Yablochkova küçəsindəki bir ailənin mənzilinə soxularaq ana ilə qızı boğub və evdəki 45 min rubl pulu götürüb.
İndi Safaryan yenidən saxlanılıb və həbs edilib. O, “İki və ya daha çox şəxsi öldürmə” maddəsi ilə ittiham olunur.
Bizim.Media