Azərbaycanla sülh müqaviləsi imzalamağa doğru gedirik - Erməni nazir

Azərbaycanla sülh müqaviləsi imzalamağa doğru gedirik - Erməni nazir

Hazırda oxunan: Azərbaycanla sülh müqaviləsi imzalamağa doğru gedirik - Erməni nazir

219517

Hazırda Ermənistanla Azərbaycan arasında gedən proses müsbət mənada belə təəssürat yaradır ki, biz sülh müqaviləsi imzalamağa doğru gedirik.

Bizim.Media xəbər verir ki, bunu noyabrın 5-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.
 

O, zamanla bağlı heç nə deyə bilməyəcəyini, lakin hadisələrin inkişafının müsbət olduğunu vurğulayıb.


“Əgər sazişin mətni ətrafında bütün məsələlər razılaşdırılsaydı, imzalanardı. Azərbaycana nəsə göndərsək, cavab verirlər. Ancaq razılaşdırılmamış bəzi məsələlər var. Hər şey razılığa doğru gedir. Heç bir eskalasiya yoxdur, bizim demarkasiya olunmuş ərazimiz və sülh müqaviləsi ətrafında irəliləyən proses var. Əgər müsbət proses varsa, ondan kənara çıxmağın məntiqi nədir? Fikrimcə, mövcud format yaxşıdır və biz irəli getməliyik”, - Papoyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO