GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan sorğunun nəticələrini təqdim edib. Sorğuya əsasən respondentlərin 57,6%-i Ermənistanın baş nazirinin fəaliyyətindən narazı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Xüsusilə, respondentlərin 41,5%-i Paşinyanın fəaliyyətindən “qətiyyən narazı” olduğunu, 16,1%-i isə “kifayət qədər narazı” olduğunu vurğulayıb.
Respondentlərin 14,1%-i baş nazirin işindən “mütləq razı”, 20,4%-i isə “daha çox razı” olduğunu deyib. 7,9% suala cavab verməkdə çətinlik çəkib.
Oktyabrın 24-dən oktyabrın 30-dək keçirilən telefon sorğusu 1100 respondenti əhatə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:50 / 05.11.2024
SORĞU: Ermənilər Paşinyandan razıdırmı?
Hazırda oxunan: SORĞU: Ermənilər Paşinyandan razıdırmı?
Hazırda oxunan: SORĞU: Ermənilər Paşinyandan razıdırmı?
219313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.