Qərbi Azərbaycanda törədilən VANDALLIQLAR – Ermənilərin məhv etdiyi qəbiristanlıqlarımız – FOTO

Qərbi Azərbaycanda törədilən VANDALLIQLAR – Ermənilərin məhv etdiyi qəbiristanlıqlarımız – FOTO

Hazırda oxunan: Qərbi Azərbaycanda törədilən VANDALLIQLAR – Ermənilərin məhv etdiyi qəbiristanlıqlarımız – FOTO

217790

Azərbaycanlıların uzun illərdir sağalmayan yarası, bu gün də nigarançılığını yaşadığı, geri dönməyə ümid bəslədiyi yurd yerlərindən biri də Qərbi Azərbaycandır. O məkan ki mənfur, bədxah qonşularımızın “Böyük Ermənistan” uğrunda regionda etnik təmizləməsi, məkrli planları məhz burdan başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə ermənilərin məhv etdikləri Azərbaycan qəbiristanlığı - VİDEO


Soydaşlarımız dəfələrlə repressiyalara məruz qalıb, didərgin salınıblar.

220 il ərzində bu torpaqlarımızdan 5 milyondan artıq insanımız pərən-pərən edilib. Sonuncu deportasiyada - 36 il öncə 300 minə yaxın soydaşımız zorla qovulub, 200 nəfərdən çox azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 400 nəfər yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb.


Amma mənfur qonşularımızın ürəyi bununla da soyumayıb.

Qərbi azərbaycanlıların izini tarixdən, adını o torpaqlardan silmək üçün əllərindən gələni ediblər. Bu bölgənin oğuz-türk məskənləri olduğunu sübut edən hər şeyi - mədəniyyət abidələrimizdən başlamış toponimlərə, məscid, ocaq, ziyarətgahlardan qəbiristanlıqlara qədər bütün tarixi irsimizi məhv etməkdən çəkinməyiblər.

Bir xalqın qədimliyini əks etdirən, dünənini, köklərini, şəcərəsini xatırladan, canlı tarix olan qəbiristanlıqları məhv etmək, dağıtmaq o xalqı yox etmək, dünənini yer üzündən silməkdir. Buna cəhd edənlər isə vandal, cani və cinayətkar ola bilərlər. Bədxah qonşularımız  kimi...

Onlar Qərbi Azərbaycanda tariximizin böyük parçasının yatdığı 500-dən artıq qəbiristanlıqlarımızı darmadağın ediblər.

Ağadədə qəbiristanlığı


Zəngibasarın (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağında 1950-ci illərə qədər ancaq bir qəbir olub. Yerli əhali həmin qəbiri pir kimi ziyarət edib. Sonralar ətraf kəndlərdən insanlar əzizlərini bu ocağın ətrafında dəfn etməyə başlayıblar. Təəssüf ki, Qərbi Azərbaycan türklərinin 1988-ci ildəki soyqırımından sonra bu müqəddəs ocaq ermənilər tərəfindən dağıdılıb.

Aşağı Şorca qəbiristanlığı


Aşağı Şorca Basarkeçərdə (Vardenis) azərbaycanlıların kompakt yaşadığı kəndlərdən biri olub. 1988-ci ilin noyabr-dekabr aylarında ermənilər burada yaşayan bütün azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya edəndən sonra bu kəndin qəbiristanlığı da xarabalığa çevriblər.

Aşıq Ələsgərin məzarüstü abidəsi


Azərbaycan aşıq sənətinin ustadlarından biri Aşıq Ələsgərin Ağkilsə kəndindəki qəbirütü abidəsi də dağılan məzarlardandır. Qeyd edək ki, bu məzarüstü abidə 1972-ci ildə aşığın 150 illik yubileyi ilə əlaqədar ucaldılmışdı. Erməni vandalları onu da viran qoyublar.

Güllübulaq qəbiristanlığı


Güllübulaq  Amasiyada (Ağbaba) azərbaycanlıların ən çox yaşadığı kəndi olub. 1988-ci il deportasiyasından sonra Güllübulaqdakı məscid, pirlər və ziyarətgahlarla yanaşı qəbiristanlıq da məhv edilib.

Saral qəbiristanlığı


Saral kəndi Böyük Qarakilsədə ən iri kəndlərdən biri olub. 1988-ci ildəki deportasiyadan sonra bu qəbiristanlıq da erməni vandalları tərəfindən dağıdılıb.

Bu yazdıqlarımız yerlə-yeksan edilən qəbiristanlıqların bir neçəsidir...

Ermənilərin vandalizmi təkcə faktlarla sübuta yetirilməyib. Onların özləri də bu cür çirkin addımlarını etiraf ediblər.

Məsələn, ötən il erməni jurnalist Naira Bulqadaryan Loru-Pəmbək mahalının Saral kəndindəki qəbiristanlıqdan yazıb.

Bildirib ki, “Ermənistan hökumətinin Azərbaycan qəbiristanlıqlarının bərpası üçün heç bir vəsaiti yoxdur, çünki hökumətin fikrincə, onlar tarixi və mədəni dəyəri təmsil etmir”.

Bu da bədxah qonşularımızın bizim tariximizin yadigarı olan qəbiristanlıqlarımızı məhv etmələrinin etirafı!

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO