"Ural Airlines"Rusiyanın yeddi şəhərindən Bakıya birbaşa aviareysləri bərpa edir.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın daha 4 şəhərindən Bakıya uçuşlar bərpa olunur
Məlumata görə, mayın 29-dan Bakıya Krasnoyarskdan, mayın 31-dən Omsk, Novosibirsk və Nijni Novqoroddan, iyunun 3-dən Perm və Mineralnıye Vodıdan, iyunun 4-dən isə Samaradan birbaşa aviareyslər fəaliyyətə başlayır.
Bizim.Media