Azərbaycanla Rusiya arasında bu gün vacib sənəd imzalanacaq - MOSKVADA

Azərbaycanla Rusiya arasında bu gün vacib sənəd imzalanacaq - MOSKVADA

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında bu gün vacib sənəd imzalanacaq - MOSKVADA

21682

Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycanın baş naziri Əli Əsədov bu gün Moskvada danışıqlar aparacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Məlumata görə, danışıqların nəticəsi olaraq iki ölkənin əməkdaşlığının inkişafı haqqında bir sıra sənədlərin imzalanması gözlənilir.

"Hökumət başçılarının Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəkləri planlaşdırılır", - xəbərdə deyilir.

Qeyd edilir ki, görüşdə əsas diqqət koronavirusun yayılmasına qarşı tədbirlərə

ayırılacaq."Mixail Mişustin və Əli Əsədovun danışıqlarının nəticəsinə əsasən Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı haqqında birgə sənədlərin imzalanması gözlənilir", - mətbuat xidmətində əlavə ediblər.

Qeyd edək ki, Əli Əsədov Rusiyaya çərşənbə günü rəsmi səfər edib. Bu, onun Mişustinlə birinci təkbətək görüşü olacaq. Hökumət başçıları əvvəllər telefonla danışıqlar aparıblar və MDB ölkələrinin hökumət başçılarının şura iclaslarında videobağlantı vasitəsilə iştirak ediblər. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO