“Xankəndi Azərbaycanın ərazisidir və Bakı orada nə istəsə, edə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə erməni jurnalistin guya Azərbaycanın Xankəndidə kütləvi şəkildə yaşayış binalarını və tarixi abidələri sökməsi ilə bağlı sualına cavabında bildirib.
“Birincisi anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir. İkincisi isə, əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar, məsələn UNESCO var, onlara müraciət edilə bilər. Ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edilir və düşünürəm ki, bu sual bizə ünvanlanmamalıdır”, - deyə Zaxarova vurğulayıb.
Rusiya XİN rəsmisi həmçinin, Qarabağı tərk edən ermənilərin qayıdışı məsələsinin müzakirəsinin daha vacib olduğu bildirib və qeyd edib ki, ermənilərin Qarabağa qayıtmaq şansı hələ də var, lakin onlar özləri bu istiqamətdə heç bir iş görmürlər.
Bizim.Media
- A-
- A
- A+
Region
20:34 / 16.10.2024
Rusiya XİN: “Xankəndi Azərbaycanın ərazisidir, orada bu ölkənin qanunları işləyir” - VİDEO
Hazırda oxunan: Rusiya XİN: “Xankəndi Azərbaycanın ərazisidir, orada bu ölkənin qanunları işləyir” - VİDEO
Hazırda oxunan: Rusiya XİN: “Xankəndi Azərbaycanın ərazisidir, orada bu ölkənin qanunları işləyir” - VİDEO
216389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.