“Moskva sərhəd demarkasiyası məsələsində İrəvana və Bakıya kömək etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında səsləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq deyib ki, Zəngəzur mahalındakı (Sünik) insidentdən sonra Azərbaycan tərəfi hadisəni sərhədin olmaması ilə izah edib.
“Heç kim orada bu işlə məşğul olmayıb”, deyə Lavrov əlavə edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Sünik bölgəsindəki vəziyyətlə bağlı bir razılaşma əldə edildiyini bildirib.
"Bircə dəfə də olsun atəş açılmayıb, atışma baş verməyib. Oturduq, sakitcə bu vəziyyəti necə həll edəcəyimiz barədə razılığa gəldik. Bizdən kömək istədilər, hərbçilərimiz yardım etdilər, razılaşma əldə edildi. Emosiyaları qızışdırmağa heç bir səbəb görmürəm”. Rusiya diplomatiyasının rəhbəri Sierra Leonun xarici işlər naziri David John Francis ilə danışıqların ardından təşkil edilən mətbuat konfransında belə deyib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:48 / 17.05.2021
Lavrovdan Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı AÇIQLAMA
Hazırda oxunan: Lavrovdan Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı AÇIQLAMA
Hazırda oxunan: Lavrovdan Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı AÇIQLAMA
21413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.