Dmanisidə svan özbaşınalığı – Polis cinayətkarları gizlədir? – ŞOK FAKTLAR

Dmanisidə svan özbaşınalığı – Polis cinayətkarları gizlədir? – ŞOK FAKTLAR

Hazırda oxunan: Dmanisidə svan özbaşınalığı – Polis cinayətkarları gizlədir? – ŞOK FAKTLAR

21401

Etiraz aksiyasına qatılanlar yerli polis bölməsinin binasının ətrafına toplaşıb.

Bizim.Media “Sputnik Georgia”ya istinadən xəbər verir ki, polis idarəsinin binasının qarşısına yığışan azərbaycanlılar cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dmanisidə situasiya yenidən gərginləşdi - Azərbaycanlıların etirazı başladı - VİDEO


Çünki soydaşlarımız dəyənəklə hücum edən svanların polis idarəsində olduğunu bilirlər. 

Son məlumata görə, vəziyyət nisbətən sakitləşib. Gürcüstanın Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini hüquq-mühafizə orqanı əməkdaşlarının tələblərinə riayət etməyə çağırıb. Gürcü siyasətçilər də Dmanisidəki vəziyyəti şərh edib. Müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Qeorqiy Vaşadze polislərdən tələb edib ki, müasir və operativ tədbirlər görülsün:

“Konfliktin sülh yolu ilə həll olunması üçün polis lazımi tədbirlər reallaşdırmalıdır. Gürcüstanın öz vətəndaşlarına qarşı bu cür laqeydliyi yolverilməzdir. Bununla yanaşı, tərəfləri sakit olmağa çağırıram. Çünki əks halda bu münaqişə digər ərazilərdə daha geniş vüsət ala bilər”.

Gürcüstan parlamentinin komitə sədri İrakli Kadaqişvilinin sözlərinə görə, Dmanisinin hər yerində qanun ciddi formada tətbiq olunmalıdır.

Yəni, qanunu pozanlar milliyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır:

“Hökumət konfliktin həll olunmasında maraqlıdır. Məişət problemi banal (özəlliyini itirmiş) səbəbdən start götürüb. Bu səbəbdən də mübahisənin milli-etnik xarakter almasına imkan vermək olmaz. Ölkdəki daxili siyasi durum və regiondakı vəziyyət də buna icazə vermir. Əgər kimsə konflikti şişirtmək istəyirsə, bu, Gürcüstana qarşı aşkar düşmənçilikdir”. 

Kvemo Kartli polisinin rəisi Laşa Qoqiaşvili isə bildirib ki, mümkün qarşıdurmaları önləmək üçün bütün qabaqlayıcı tədbirlər həyata keçirilib. Kvemo Kartlinin qubernatoru da əraziyə gəlib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO