Gürcüstan oktyabrın 26-da parlament seçkilərinə hazırlaşır. Bir neçə ay əvvəl ölkədə siyasi böhran yaşandı. “Xarici təsirin şəffaflaşdırılması haqqında” qanunun qəbulu ilə gürcü xalqı küçələrə axışmışdı. Hakimiyyət etirazlara rəğmən bu qanunu qəbul etdi. İndi bunun seçkilərə necə təsir edəcəyi müzakirə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Yekun Xəbər” proqramında deyilir.
Aparıcının sözlərinə görə, qanunun qəbulundan sonra Gürcüstanla Qərbin münasibətləri soyudu:
“Hətta iddia edilir ki, Nyu-Yorka gedən Kobaxidzenin adı Baydenin qəbul siyahısından çıxarılıb. Gürcüstanın baş naziri bəyan edir ki, ABŞ ilə münasibətlərə yenidən baxmağa hazırdır. Amma deyəsən qatar artıq gedib. Qərb Kobaxidzenin əlini sıxmaqdan vaz keçib. Avropa İttifaqı artıq təzyiq vasitəsini də seçib – gürcülərə vizasız gediş-gəlişin ləğvi hədəsi. Tbilisi bunu şantaj adlandırır.
“Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili isə təəccübləndirməkdə davam edir. O, 2008-ci il müharibəsinə görə osetinlərdən üzr istəyir. Ekspertlər düşünürlər ki, bu, Gürcüstanın Cənubi Osetiya ilə barışmasına aparır. Barışıq doğrudan da mümkündürmü? Ümumiyyətlə, Gürcüstanı oktyabrdan sonra nə gözləyir? Hazırkı hakimiyyətin Rusiya yönümlü siyasəti, yoxsa yeni hakimiyyətin Qərbə yaxınlaşması?”.
Daha ətraflı videomaterialda:
Bizim.Media