Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsini planlaşdıran dəstə üzvləri saxlanılıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti çevrilişin qarşısını alıb və Rusiyanı “çevriliş hazırlamaqda” ittiham edib.
Belə ki, aparılan araşdırmalar zamanı 7 Ermənistan vətəndaşının digər şəxslərlə əlbir olaraq hakimiyyəti zorla ələ keçirilməsinə hazırlaşdığı məlum olub. Həmin şəxslərdən üçü həbs edilib, dörd nəfər isə axtarışa verilib.
Onlar Rusiya Federasiyasında üç aylıq təlim keçmək və yeni ağır silah növləri ilə tanış olmaq bəhanəsi ilə hər ay təxminən 220.000 rus rublu mükafat almaq, onlardan istifadə etmək, sonra isə Ermənistana qayıtdıqdan sonra döyüş tapşırığını yerinə yetirmək, habelə bilikləri başqalarına ötürməklə 2024-cü il ərzində hərbi xidmətə cəlb ediliblər.
Hazırda istintaq davam etdirilir.
Bizim.Media