Zəngəzurda GPS qalmaqalı böyüyür – Ermənilər Azərbaycana məxsus olan Qara gölü vermək istəmir

Zəngəzurda GPS qalmaqalı böyüyür – Ermənilər Azərbaycana məxsus olan Qara gölü vermək istəmir

Hazırda oxunan: Zəngəzurda GPS qalmaqalı böyüyür – Ermənilər Azərbaycana məxsus olan Qara gölü vermək istəmir

20948

“Biz aylardır ki, Qara göl məsələsini qaldırırıq. Eyni zamanda, deyirdik ki, əlverişsiz şərtlərə görə müvafiq texnikanı əraziyə cəlb edə və məsələni həll edə bilmirik. Məqsədimiz düzgün istehkam qurmaq idi. Bunları yerinə yetirsəydik, bugünkü problem yaranmazdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gorus merinin müavini Menya Ovsepyan news.am-a müsahibəsində Azərbaycan əsgərlərinin göstərilən istiqamətdə Ermənistan ərazisinə doğru irəliləməsini şərh edərkən səsləndirib.

“Problem ondadır ki, azərbaycanlılar GPS-in köməyi ilə işarələnmiş əraziyə doğru irəliləyir. Dövlət sərhədi xüsusi ilə 3-4 kilometr dərinliyə doğru Qara gölün üzərində keçir. Hazırda danışıqlar aparılır. Azərbaycanlıların geri çəkiləcəyinə bir az şübhə edirəm, amma bəlkə onların harada olacaqlarını izah edə bilərik. Səlahiyyətlilər zamanında düzgün addım atsaydılar, bu problem mövcud olmazdı. Dəqiq bir iş görülməlidir, ancaq hər kəs məsuliyyətlərindən yaxa qurtarıb piarları ilə məşğul olur. Bizim təhlükəsizliyimizlə öyünürlər”, deyə Ovsepyan şikayət edib.

Eyni zamanda, o, əlavə edib ki, bu ərazidə döyüş olmayıb və ermənilərdən heç kəs yaralanmayıb.

Qeyd edək ki, mətbuatda dərc olunan informasiyaya görə, erməni tərəfdən yaralı şəxs var.
Bundan əvvəl Menya Ovsepyan Facebook səhifəsində azərbaycanlıların Qara göl bölgəsində irəlilədiyini və orada möhkəmlənməyə çalışdığını bildirmişdi.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, səhər tezdən Azərbaycan Silahlı Qüvvələri Zəngəzur mahalının (Sünik) sərhəd bölgələrindən birində "sərhəd tənzimlənməsi" ilə əlaqədar müəyyən işlər görməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO