Ermənistanı son günlər bu ölkələr SİLAHLANDIRIR

Ermənistanı son günlər bu ölkələr SİLAHLANDIRIR

Hazırda oxunan: Ermənistanı son günlər bu ölkələr SİLAHLANDIRIR

207947

Son bir neçə həftə ərzində bəzi ölkələr Ermənistana silah tədarük edib.

Bizim.Media xəbər verir ki, göndərilən silahlar arasında 12 ədəd SEZAR özüyeriyən haubitsası, onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, 3 ədəd “Panzerfaust” tank əleyhinə kompleks, 500-ə yaxın birdəfəlik “Apilas” daşınan reaktiv qumbaraatan və 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri yer alıb.

Silah verən ölkələr arasında isə ABŞ, Fransa, İran və Hindistanın adı çəkilir.

Qeyd edək ki, Azərbaycan ilə şərti sərhəddə, Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Görus rayonunun Dığ bələdiyyəsinin Qarasen kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri yeni hərbi hissə yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO