Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu Qarabağla bağlı müzakirələr aparıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu ilə Lavrov arasında TƏCİLİ TELEFON DANIŞIĞI
Bildirilib ki, tərəflər arasında telefon danışığı zamanı Fələstin-İsrail münasibətlərinin kəskinləşməsi və Şərqi Qüdsdəki vəziyyətə diqqət çəkilib.
“Bundan əlavə XİN rəhbərləri Dağlıq Qarabağ ətrafında vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyindən danışıblar”-deyə məlumatda qeyd edilib.
Həmçinin iki ölkə prezidentləri arasındakı razılaşmaya uyğun olaraq Rusiyadan Türkiyəyə “Sputnik V” peyvəndi tədarükünün təşkili və istehsalının qurulması perspektivləri müzakirə mövzusu olub.
Bizim.Media