“Ermənistan Baş naziri Nikol Paşinyanın imzası kommunikasiyaların açılması ilə bağlı sazişdə var, lakin Rəsmi İrəvan onu sabotaj edir”.
Bizim.Media xəbər verir ki, bunu Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na müsahibəsində deyib.
O qeyd edib ki, Rusiya sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıdır:
“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, baş nazir Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən Ermənistan rəhbərliyidir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu anlamaq çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”.
Bizim.Media
- A-
- A
- A+
Region
18:31 / 19.08.2024
Lavrov: "Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir"
Hazırda oxunan: Lavrov: "Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir"
Hazırda oxunan: Lavrov: "Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir"
207408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.